Növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" hələ ki, heyətində "təmizləmə işləri" aparmaqla məşğuldu. Bir neçə futbolçusu ilə yollarını ayıran "qırmızı-qaralar" transfer çalışmalarına artıq start verib.

Növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" hələ ki, heyətində "təmizləmə işləri" aparmaqla məşğuldu. Matc.az saytının məlumatına görə, bir neçə futbolçusu ilə yollarını ayıran "qırmızı-qaralar" transfer çalışmalarına artıq start verib.

Əsasən yerli oyunçulara üstünlük verəcək bölgə təmsilçisi Orxan Əliyev və Fuad Bayramovla yanaşı, daha 2 futbolçuya "elçi düşüb". Bunlar mərkəz müdafiəçiləri Elvin Sərkərovla Sadiq Quliyevdi.

ötən mövsümü icarə əsasında Latviya klubu "Dauqavpils"də keçirən Sərkərov müqavilə ilə "Neftçi"yə məxsus idi. Lakin 22 yaşlı futbolçunun bakılılarla sözləşməsi başa çatıb. Baş məşqçi Sənan Qurbanov sabiq yetirmələri Sadiq Quliyevin də xidmətində maraqlıdı. 24 yaşlı arxa xətt oyunçusu da mövsüm başa çatan kimi "Zirə"dən ayrılıb.

Həm Sərkərov, həm də Quliyev "Qəbələ"yə azad agent kimi keçəcək.

Qeyd edək ki, yay fasiləsində hələ transfer həyata keçirməyən "Qəbələ" Cavid Hüseynov, Elvin Camalov, Rauf Əliyev, Vojislav Stankoviç, Urfan Abbasov, Stiven Jozef Monroz, Lalavele Atakora və Sabien Lilayla vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest