Transfer çalışmalarına ara verməyən "Neftçi" heyətini daha bir oyunçu ilə gücləndirmək niyyətindədi. Matc.az saytının məlumatına görə, "ağ-qaralar" "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayevə göz dikib.

Paytaxt təmsilçisi 24 yaşlı pleymeykeri bir müddətdi "qaralayıb". Artıq hərəkətə gələn "Neftçi" rəhbərliyi bu keçid üçün qarşı tərəflə əlaqə saxlayıb. Məşqçilər korpusu ötən mövsüm uğurlu çıxışla milli komandaya qədər yüksələn İsayevin yarımmüdafiə xətti üçün yaxşı alternativ olduğunu düşünür.

"Neftçi" rəhbərliyi bu transferin reallaşması üçün dəridən-qabıqdan çıxsa da, hər şey heç də onların əlində deyil. çünki "Yenisey" klubunun yetirməsinin "gənclik şəhəri" təmsilçisi ilə müqavilə müddəti davam edir. üstəlik, futbolçu özü də bu keçiddə maraqlı deyil. O, "Neftçi"də ehtiyatda oturmaqdansa, "Sumqayıt"da müntəzəm oynamağı üstün tutur.

Qeyd edək ki, Aleksey İsayev "Sumqayıt"a ötən ilin yayında "Zenit"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest