"Tottenhem" mövsümlərarası fasilədə heyətini gücləndirmək niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Mauritsio Poçettino transfer siyahısını artıq müəyyənləşdirib.

Klub prezidenti Daniel Levi ilə görüşən argentinalı mütəxəssis istədiyi oyunçuların adlarını ona təqdim edib. Poçettinonun ilk mərhələdə istədiyi futbolçular Tanqi Ndombele ("Lion"), Rayan Sessenyon ("Fulhem"), Nikolo Zaniolo ("Roma") və Donni van de Bekdi ("Ayaks").

Prezident transferlərə çox büdcə ayırmaq istəməsə də, Poçettino istədiyi oyunçuların alınmayacağı təqdirdə, komandadan ayrılacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest