"Hansı turnirdə ingilis klubları varsa, narazılıq olur. Bununla Avropada futbolun populyarlığına mane olursunuz. Mən UEFA prezidenti seçiləndə də İngiltərədən dəstək almadım. Ancaq 76 faiz səs toplamışdım". Matc.az xəbər verir ki, bu sözləri UEFA  prezidenti Aleksandr çeferin İngiltərənin Oksford Universitetində çıxışı zamanı deyib.

Avropa Liqasının finalının Bakıda keçirilməsinə narazılıq edən ingilisləri tənqid edən sloveniyalı funkisoner maraqlı fikirlər səsləndirib: "Niyə final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar. Onlar  saat fərqi ilə əlaqədar oyunu axşam saat 11-də izləmək məcburiyyətində idi. Lakin heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar. İlyarım əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Hansı ki, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddu. Sevdikləri superulduzları canlı izləyən insanların xoşbəxtliyini  görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest