Növbəti mövsümün hazırlıqlarını davam etdirən Premyer Liqa klubları öz aralarında yoldaşlıq oyunları keçirirlər. Matc.az saytının məlumatına görə, belə qarşılaşmaların birində "Qarabağ"la "Səbail" üz-üzə gəlib.

"Azərsun Arena"da baş tutan görüş ağdamlıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.

"Qarabağ" oyuna aşağıdakı start heyəti ilə başlayıb.

13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov, 21.Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 8.Miçel, 19. Filip Ozobiç, 6.Simeon Slavçev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 29. Musa Qurbanlı

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest