"Santos"da çıxış edən Neymar ciddi zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.

Braziliyalı vinger dizindən zədə alıb. 33 yaşlı futbolçu 2025-ci ilin sonuna kimi meydana çıxa bilməyəcək. Təcrübəli oyunçu gələn ilin əvvəllərində məşqlərə başlayacaq.

Qeyd edək ki, Neymar bu mövsüm "Santos"un heyətində keçirdiyi 25 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib. Onun Braziliya klubu ilə müqaviləsi 31 dekabr tarixində başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest