26 Noyabr 2025, 02:14
FUTBOL
"Vest Hem"in hücumçusu Niklas Fülkruq Bundesliqaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.
Bildirilir ki, alman hücumçu ilə "Volfsburq" maraqlanır.
32 yaşlı alman futbolçunun London klubundakı karyerasının başa çatdığı bildirilir. O, qış "transfer pəncərəsi"ndə İngiltərə klubundan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, Fülkruq ötən yay Dortmund "Borussiya"sından "Vest Hem"ə 30 milyon avroya transfer olub. O, bu mövsüm yeddi oyunda meydanda çıxıb, lakin fərqlənə bilməyib.












