26 Noyabr 2025, 02:37
ÇEMPİONLAR LİQASI
Bu ada İtaliya klubunun hücumçusu Skott Maktominey layiq görülüb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilmiş "Napoli" – "Qarabağ" oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Matc.az xəbər verir ki, bu ada İtaliya klubunun hücumçusu Skott Maktominey layiq görülüb.
Qeyd edək ki, Maktominey qarşılaşmanın 66-cı dəqiqəsində "Napoli"nin ilk qolunu vurub.












