"Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi".

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Napoli" ilə matçda möhtəşəm qurtarışlar etdi".

Matc.az xəbər verir ki, bunu "Napoli"nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri üçün sevincli olduqlarını söyləyib:

"Bu axşam Neapol üçün xüsusi gün idi. Çox enerjili idik və qələbə qazanmaq istəyirdik. Ölkə çempionatında "Atalanta"ya və bu gün "Qarabağ"a qarşı matçlarda çox yaxşı çıxış etdik. Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım. "Qarabağ"ın qapıçısı möhtəşəm qurtarışlar etdi. Qarşımızda çox məsuliyyətli komanda var idi. Çətin rəqibə qarşı oynadıq. Azərbaycan klubu bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib".

Qeyd edək ki, "Napoli" – "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest