"İnter"in müdafiəçisi Stefan De Vrey karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

"Nottingem Forest" niderlandlı futbolçunun xidmətində maraqlıdır. "Qırmızılar" İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan 33 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmaq istəyir. Niderland millisinin üzvü özü də dünya çempionatı öncəsi daha çox forma şansı qazanacağı kluba keçməyə isti yanaşır.

Qeyd edək ki, Stefan De Vrey bu mövsüm "İnter"in heyətində 8 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest