02 Dekabr 2025, 15:09
FUTBOL
Almaniyanın "Auqsburq" klubu baş məşqçi Sandro Vaqnerlə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Auqsburq" Bundesliqada 12 turdan sonra 10 xal toplayıb və 14-cü yerdədir.












