"Fulhem" "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferi üçün böyük məbləğdə vəsait ödəməyə hazırdır. London klubunun yeni baş məşqçisi Alvaro Arbeloa məhz bu futbolçunu heyətdə görmək istəyir. İspaniyalı mütəxəssis əvvəllər Madriddə birlikdə çalışdığı forvardı komandasına cəlb etməyə can atır.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, "Real" rəhbərliyi Qarsiyanın satış imkanlarını nəzərdən keçirməyə hazırdır.
2025/2026 mövsümündə hücumçu madridlilərin əsas komandasında bütün turnirlərdə rəsmi olaraq 39 matça çıxıb, bu oyunlarda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
Qonsalo Qarsiya daha əvvəl "Kastilya"nın gənclər komandasında çıxış edib və 2024/2025 mövsümündə keçirdiyi 73 qarşılaşmada rəqib qapılarına 30 dəfə yol tapmaqla diqqət çəkib.













