İtaliya Futbolçular Assosiasiyası A Seriyasında 2024/25 mövsümünün laureatlarını açıqlayıb.

Matc.az xəbər verir ki, "Napoli"nin şotlandiyalı yarımmüdafiəçisi Skott Maktominey ötən mövsümün ən yaxşısı seçilib.

Neapol təmsilçisi ən yaxşı komanda adına layiq görülüb. İtaliya çempionunu çalışdıran Antonio Konte isə ən yaxşı baş məşqçiyə verilən mükafata sahib çıxıb.

Mövsümün rəmzi heyəti isə belədir:

Qapıçı: Mile Sviler (“Roma”)

Müdafiəçilər: Denzel Dumfris (“İnter”), Amir Rrahmani (“Napoli”), Alessandro Bastoni (“İnter”), Federiko Dimarko (“İnter”)

Yarımmüdafiəçilər: Skott Maktominey (“Napoli”), Nikolo Barella (“İnter”), Tidjanni Reynders (“Milan”, daha sonra “Mançester Siti”yə keçib)

Hücumçular: Lautaro Martinez (“İnter”), Moyze Kin (“Fiorentina”), Mateo Reteqi (“Atalanta”, daha sonra “Əl-Kadisiya”ya keçib)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest