17 İyun 2019, 11:02
FUTBOL
"Ankaragücü" klubu baş məşqçisiz qalıb. Matc.az xəbər verir ki, Superliqa təmsilçisinin çalışdırıcısı Mustafa Kaplan istefa verib.
O, bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.. 51 yaşlı mütəxəssis 6 aylıq fəaliyyətini başa vurduğunu bəyan edib.
Mustafa Kaplan "Ankaragücü"nü yanvar ayından çalışdırırdı. Onun rəhbərliyi altında 17 oyuna çıxan paytaxt təmsilçisi 5 qələbə qazanıb, 5 heç-heçəyə imza atıb, 7 dəfə də məğlub olub. Komanda mövsümü 13-cü pillədə başa vurub.