Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu hazırlıqları bərpa edir. Matc.az saytının məlumatına görə, Samara təmsilçisi bu gün Moskvada toplaşacaq.

Oyunçuların tibbi baxışından sonra yenidən sərbəs buraxılacaq kollektiv iki sonra Samarada bir araya gələcək. Baş məşqçi Miodraq Bojoviçin rəhbərliyi ilə hazırlıqlara start verəcək komanda iyunun 23-nə qədər doğma şəhərdə çalışacaq.

Ardınca Avstriyaya yollanacaq "Krılya Sovetov" məşqlərini burada davam etdirəcək. İyulun 7-nə qədər nəzərdə tutulmuş hazırlıq zamanı 4 yoxlama oyunu keçirilməsi planlaşdırılıb.

Hələlik rəqiblərin adlarına aydınlıq gəlməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest