Bu üzdən ola bilər ki, bizdə bir bir az yorğunluq var. Amma komandada legionerlər də var, hansı ki, məşq edirdilər. Baş məşqçimiz də bu gün heyətdə dəyişikliklər etmişdi...

"Kənardan asan görünə bilər. Amma bizim üçün heç də asan oyun olmadı. çünki Ukrayna futbolunu bilirdik. Fiziki və atletik oyun sərgiləyirlər. Sadəcə, uğurlu nəticə qazanmağa çalışdıq, bəzi məqamlarda alınmadı. Qol imkanlarımız da oldu, onlardan istifadə edə bilmədik. Rəqib bir dəfə əks-hücuma çıxdı və öz şansından maksimum yararlanaraq, bizə qalib gəldi. Oyunun gedişatında çoxlu səhvlər etdik. Görüşün təhlilini aparıb, həmin səhvləri etməməliyik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib.

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Vorskla"ya 0:1 hesabı ilə məğlub olub. Görüşdən sonra brifinq keçirən Medvedev jurnalistlərin suallarını cavablandırıb.

- Son vaxtlar sanki komandada psixoloji yüklənmə var. "Arsenal"la, Farer adaları ilə matçlardakı döyüşkən ruh nisbətən az idi. Malta bərabərliyi, Mahir Mədətovun fitə basılması, texniki məğlubiyyət, dünənki dopinq-test buna səbəb ola bilərmi?

- İlk növbədə deyim ki, "Qarabağ"ın heyətində milli üzvləri çoxdu. Bu üzdən ola bilər ki, bizdə bir bir az yorğunluq var. Amma komandada legionerlər də var, hansı ki, məşq edirdilər. Baş məşqçimiz də bu gün heyətdə dəyişikliklər etmişdi, fərqli "11-lik"lə meydana çıxmışdıq. Kənardan bəzi şeylər başqa cür görünə bilər. Oyuna yaxşı hazırlaşmışıdıq, motivasiyamız yüksək idi. Sadəcə, bu gün son nöqtəni qoymaq çatmadı.

- Rəqibin bu cür müdafiə olunacağını sanki gözləmirdiniz və buna hazır deyildiniz…

- Oyunun statistikasına baxsaq, bəlkə də, topla oynama faizi 65-in 35-ə bizim xeyrimizə olardı. Komandada psixoloji problem olsaydı, bunu edə bilməzdik. Sadəcə, son məqamda son nöqtəni qoya bilmədik.

- Son nöqtəni qoymaq üçün futbolçularda təcrübə çatmadı?

- Hər oyunda belə problemlərlə üzləşirik. Soyuqqanlılıq çatmadı. Hansısa futbolçu oyunu üzərinə götürsün və hər şeyi etsin. Bir az bunun üzərində işləməliyik.

- Komanda qol vurmaqda çətinlik çəkir. Bunu necə dəyərləndirirsiniz?

- Deyə bilmərəm ki, hücumda kimsə qol vura bilmir. Ukrayna komandasının bir şansı oldu və qol vurdu. Biz isə 6 real imkan yaratdıq, amma qapıya normal zərbə endirə bilmədik. Ola bilər ki, hansısa məqamda ustalıq çatmır, hardasa tələsirik. Futbolçular üzərlərində təzyiq hiss edirlər. Buna görə də istədiyimiz kimi alınmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest