2019-20 mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar, Region Liqası və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər davam edir. Matc.az xəbər verir ki, növbəti treninqlər iyunun 17-də və 18-də Sumqayıt və Qubada keçirilib.

Treninqdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub, qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları haqda məlumatlar verilib.

"Futbola Qoşul" onlayn qeydiyyat proqramının tətbiqi qeydiyyat prosesinin onlayn şəkildə hər bir klub tərəfindən həyata keçirilməsini nəzərdə tutur.

Mənbə: affa.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest