"Liverpul"la"çelsi" arasında keçiriləcək UEFA Superkuboku görüşünə bilet satışı başlayıb. Matc.az xəbər verir ki, UEFA avqustun 14-də keçiriləcək oyuna biletləri bu gündən satışa çıxarıb.

Türkiyənin İstanbul şəhərində yerləşən "Vodafone Arena" stadionunda baş tutacaq qarşılaşmanın bilet qiymətləri 50-150 avro arasında dəyişir.

UEFA superkubokunda çempionlar Liqasının son qalibi "Liverpul"la Avropa Liqasının qalibi "çelsi" qarşılaşacaq. Matç avqustun 14-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest