"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı çıxış edəcəyik. Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq".
"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı çıxış edəcəyik". Matc.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Veteran müdafiəçi çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O, Albaniya çempionu "Partizani" barədə ehtiyatlı danışıb.
Sadıqov oyunlara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb: "ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odu ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. çünki çempionlar Liqasıdı, burda hər rəqib təhlükəlidi. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".