Avropa Liqasında qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olan "Vorskla" Bakıdan 1:0 hesablı qələbə ilə ayrılır. Matç.az saytının məlumatına görə, qarşılaşmada yeganə qolun müəllifi olan Vladislav Kulaç oyundan sonra azərbaycanlı jurnalistlərə müsahibə verib.

- Oyun barədə düşüncələriniz necədi?

- Bugünkü rəqibimiz "Qarabağ" çox güclü komandadı, yüksək hədəfləri var. Həm Azərbaycan çempionatında, həm də Avropa Liqasında yaxşı oyunlar sərgiləyir. Bu səbəbdən bizim üçün asan olmadı. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra bir qədər fərqli oynamağa başladıq. Qələbə hesabını sona qədər qoruya bildik və evə yüksək əhval-ruhiyyədə yollanırıq.

- "Qarabağ"dan belə oyun gözləyirdinizmi?

- Rəqibi yaxşı təhlil etmişdik. Hər şeyə hazırlıqlı idik. Sadəcə, ilk hissədə oyunumuz istədiyimiz kimi alınmadı. "Qarabağ"ın qol imkanları oldu. Düzdü, bizim elə də çox qapıya zərbəmiz olmadı.

- Baş məşqçiniz fasilədə sizə nə dedi ki, ikinci hissədə daha yaxşı çıxış etdiniz?

- İrəli çıxmağımızı, hücum etməyimizi istədi. Müdafiədə yaxşı idik, ancaq qol vəziyyəti yarada bilmirdik. Rəqib qapısına, demək olar ki, zərbəmiz yox idi. İkinci hissədə əks-hücumlarla nəsə etməyə çalışdıq və bu, bizdə alındı. Qolda topun qapıdan keçməsində qapıçının da köməyi oldu. Yaxşı ki, həmin epizodda rəqib qapıçı səhv etdi.

- Stadionda daha çox azarkeş, fərqli atmosfer gözləyirdiniz?

- Əslində, az azarkeş gəlməmişdi. Sadəcə, stadion çox böyük və gözəldi. Yenə də "Qarabağ"a dəstək var idi. Onlara uğurlar arzulayıram. ümid edirəm ki, "Qarabağ"ın bundan sonrakı matçlarında daha çox azarkeş gələr və komandanı dəstəkləyər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest