Avropa Liqasının I təsnifat mərhələsində "Səbail"lə qarşılaşacaq "Universitatya Krayova" səs-küylü transferə hazırlaşır. Matc.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, sözügedən komanda keçmiş oyunçusu Andrey İvanı yenidən heyətinə qaytarmaq istəyir.

2017-ci ildə "Krasnodar"a keçən, amma Rusiya karyerası uğursuz olan hücumçu son mövsümü icarə əsasında Vyana "Rapid"ində keçirib. Burada keçirdiyi 40 oyunda 3 qola imza atan futbolçu hazırda Rumıniya U-21 millisi ilə Avropa çempionatında çıxış edir.

2 il əvvəl 3 milyon avroya "Krasnodar"a satdığı keçmiş oyunçusunu yenidən heyətə cəlb etmək istəyən "Universitatya Krayova" bunun üçün 750 min avronu gözdən çıxarıb.

Qeyd edək ki, iddialara görə, futbolçu özü də bu keçiddə maraqlıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest