19 İyun 2019, 12:28
FUTBOL
PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını İtaliyada davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü "Yuventus"la anlaşıb.
Paris təmsilçisi ilə müqavilə müddəti iyulun 1-də başa çatacaq 24 yaşlı orta sahə oyunçusu "qoca sinyora"ya havayı başa gəlib. O, yeni komandası ilə gələn ay 5 illik müqavilə imzalayacaq. Müqavilə haqqı olaraq 10 milyon avro qazanacaq Rabyonun illik məvacibi 7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Adrien Rabyo ötən mövsüm ümumilikdə 20 oyunda iştirak edib.