"Keşlə"də istirahət başa çatır. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda sabahdan etibarən təlim-məşq toplanışına başlayacaq.

Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. "Keşlə" ilk oyununu iyunun 29-da keçirəcək. Lakin rəqib hələ məlum deyil.

İkinci sınaq görüşü iyulun 5-də baş tutacaq. "Kapital Bank Arena"dakı qarşılaşmada rəqib "Sumqayıt" olacaq. Tərlan Əhmədov iyulun 13-də Zirə İdman Kompleksinin stadionunda yetirmələrini "Zirə" önündə sınayacaq.

Dördüncü yoxlama matçı iyulun 24-nə planlaşdırılsa da, rəqibin kimliyi bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest