CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb. Matc.az xəbər verir ki, ununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik qurumun rəsmi saytına açıqlama verib.

O, hakimlərimizin uğurlarına görə sevindiyini bildirib: "Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidi. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdı. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün daha çox çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest