İspaniya millisinin baş məşqçisi Luis Enrike istefa verib. Matc.az xəbər verir ki, bu iddia ilə AS nəşri çıxış edib.

Bildirilir ki, ailə problemləri üzündən son 3 qarşılaşmada iştirak etməyən çalışdırıcı ayrılmaq qərarına gəlib. Hətta bu gün İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və idman direktoru Xose Fransisk Molinanın iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfransda Enrikenin ayrılığının və baş məşqçi postuna onun köməkçisi Robert Morenonun təsdiqinin açıqlanması gözlənilir.

Morenonun rəhbərliyi altında ispanlar son 3 görüşdə Malta (2:0), Farer adaları (4:1) və İsveç (3:0) üzərində qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest