19 İyun 2019, 18:03
FUTBOL
Qazaxıstan kubokunda ilk finalçı müəyyənləşib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" "Kayzar"la cavab görüşünə çıxıb.
Evdə 1:0 hesablı qələbə qazanan "Tobol" qonaq meydanında finala vəsiqəni son saniyələrdə əldən verib. Belə ki, "Kayzar" 90+8-ci dəqiqədə vurduğu qolla 3:1 hesablı qələbə qazanıb və finala yüksəlib. Balayev bu matçda 90 dəqiqə meydanda olub.
Digər finalçı "Atırau" - "Ordabasi" cütünün qalibi olacaq.