Avropa Liqasında turun oyunçusu adına namizədlər açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA bu nominasiyada 4 namizədi müəyyənləşdirib.

"Dördlük"də Munas Dabbur ("Zalsburq"), Ruben Loftus ("Genk"), Covani de çelso ("Betis") və Mihael Frey ("Fənərbaxça") yer alıb. Bu oyunçulardan biri – Loftus het-trik müəllifi olub. Dabbur 2 dəfə fərqlənibsə, digərlər 1 qolla diqqət mərkəzinə düşə bilib.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"ın "Vorskla" ilə ev oyununda (0:1) UEFA-nın diqqətini cəlb edən futbolçu olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest