"Mançester Siti"nin yeni transferi Antuan Semenyo klubdakı debüt oyununda qol vurub.

Matc.az xəbər verir ki, qanalı futbolçu İngiltərə Kubokunun 1/32 final mərhələsində "Ekster Siti"yə qarşı 10:1 hesablı qələbə qazanılan oyunda qol vurub və məhsuldar ötürmə edib.

26 yaşlı futbolçu 2011-ci ildən bəri klubda debüt oyununda həm qol, həm də məhsuldar ötürmə edən ilk "şəhərli" oyunçusu olub. Bu uğura nail olan sonuncu oyunçu "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero olub.

Qeyd edək ki, Antuan Semenyo "Mançester Siti"yə 72 milyon avroya "Bornmut"dan keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest