"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik "Real"ın hücumçusu Kilian Mbappenin hazırda dünyanın ən yaxşı hücumçusu olduğunu düşünür.
"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik "Real"ın hücumçusu Kilian Mbappenin hazırda dünyanın ən yaxşı hücumçusu olduğunu düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"Mbappe hazırda ən yaxşı hücumçudur. O, çoxlu sayda qol vurub və dünya səviyyəli istedaddır.
Mbappe görkəmli oyunçudur və açıq sahədə fenomenaldır. Həmişəki kimi bəzi düzəlişlər edəcəyik, amma xüsusi olaraq onun üçün yox. Biz öz fəlsəfəmizə və ideyalarımıza sadiq qalırıq. Bizim stilimiz "Real"ınkindən fərqlidir", - Flik bildirib.
Hücumçu hazırda zədədən sağalır. Onun yanvarın 11-də "Barselona"ya qarşı İspaniya Superkuboku finalında iştirakı qeyri-müəyyəndir.
Qeyd edək ki, bu mövsüm fransız hücumçu bütün yarışlarda 24 oyun keçirib, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.












