14 Yanvar 2026, 13:38
FUTBOL
"Leyptsiq" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Trençin"dən Sani Suleymanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" 19 yaşlı vinger üçün Slovakiya klubuna 5 milyon avro təzminat ödəyib. Niderliyalı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nigeriya U-20 millisinin üzvü olan Sani Suleyman bu mövsüm "Trençin"in heyətində keçirdiyi 14 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.












