Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barədə həbs qərarı verilib.

Matc.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ümit Karan haqda həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, istintaq çərçivəsində Karanla yanaşı daha 12 nəfər də həbs olunub.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 8 oktyabr 2025-ci ildən etibarən aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində Ümit Karan bir neçə gün əvvəl saxlanılıb. Ona qarşı "narkotik və ya psixotrop maddələrin istehsalı və ticarəti" ittihamı irəli sürülüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest