Norveçli 20 yaşlı müdafiəçi Eyvinn Hellan "Brann"dan "Bolonya"ya keçib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Transferin dəyəri 7 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, gənc mərkəz müdafiəçisi "Brann"da 63 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest