17 Yanvar 2026, 13:28
FUTBOL
"Bornmut" "Ferentsvaroş"un mərkəz yarımmüdafiəçisi Aleks Totunu heyətinə qatacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, klublar 20 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəliblər. Müqavilənin dəyəri 12 milyon avrodur. Oyunçunun şəxsi müqaviləsinin bütün detalları da razılaşdırılıb.
"Ferentsvaroş"un yetirməsi olan futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Bu mövsüm o, 25 matçda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.





_1768651899.jpg)






