20 Yanvar 2026, 11:17
FUTBOL
"Beşiktaş" hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi Montader Maced üçün "Hammarbü"yə təklif göndərib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İsveç klubu "Beşiktaş"ın 4,5 milyon avroluq təklifini qəbul etməyib. Onlar iraqlı vingeri daha yüksək qiymətə satmağı planlaşdırırlar.
Qeyd edək ki, Montader Macid 2022-ci ilin yayından "Hammarbü"də çıxış edir. 20 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 98 oyunda 20 qol vurub, 13 qol ötürməsi edib.



_1768910603.jpg)

_1768906618.jpeg)






