"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Slaviya" ilə səfər matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, hücumçu Ferran Torres Praqada komandasına kömək edə bilməyəcək.

İspaniyalı futbolçu La Liqanın 20-ci turunun "Real Sosyedad"la oyununda bud əzələsindən zədə alıb. 25 yaşlı forvard müalicə almaq üçün İspaniyada qalıb.

Komandanın liderlərindən olan Lamin Yamal isə cəzalı durumda olduğu üçün meydana çıxmayacaq.

Qeyd edək ki, "Slaviya" - "Barselona" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest