"Bornmut" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ferentsvaroş"dan Aleks Totu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu Tot üçün Macarıstan klubuna 12 milyon avro təzminat ödəyib. "Bornmut" 20 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aleks Tot "Fernesvaroş"un yetirməsidir. Macarıstan millisinin üzvü bu mövsüm "ağ-yaşıllar"ın heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest