20 Yanvar 2026, 21:26
FUTBOL
"Aston Villa" ingilis hücumçu Temmi Abrahamın transferi üzərində işləyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano yayıb.
Bildirilir ki, ingilis klubu Türkiyə təmsilçisinin nümayəndələri ilə danışıqlarda irəliləyiş əldə edib. Hücumçu hazırda "Beşiktaş"da icarədədir, hüquqları isə "Roma"ya məxsusdur.
Oyunçu ilə 2030-cu ilin yayına qədər davam edəcək şəxsi müqavilənin şərtləri artıq razılaşdırılıb.
Klublar arasında danışıqların sürətlə davam etdiyi bildirilsə də, hələlik başa çatmayıb.
Qeyd edək ki, bu mövsüm Abraham bütün yarışlarda 24 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib.












