22 Yanvar 2026, 14:11
ÇEMPİONLAR LİQASI
"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turunda səfərdə "Slaviya"nı 4:2 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, İspaniya çempionu bu oyunda yeni antirekord müəyyənləşdirib.
Kataloniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirindəki çıxışları tarixində ilk dəfə ardıcıl 10 oyunda qapısında qol görüb. “Barselona” daha əvvəl “Borussiya” (Dortmund) (3 ), “İnter” (3), yenidən “İnter” (4), “Nyukasl” (1), PSJ (2), “Olimpiakos” (1), “Brügge” (3), “Çelsi” (3), “Ayntraxt” (1) və “Slaviya” (2) ilə matçlarda qapısını toxunulmaz saxlamağı bacarmayıb.
Qeyd edək ki, "Barselona" Liqa mərhələsində 7 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin IX pilləsində qərarlaşıb.


_1769095184.png)









