"Həm bizim, həm də Ukrayna üçün bu qələbə çox önəmli idi. Bu, reytinqə xal yazdırmaq baxımından əhəmliyyətlidi". Matç.az saytının məlumatına görə, bunu "Vorskla"nın fəxri prezidenti Konstantin Jevaqo deyib.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın qonağı olan Poltava təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
Matçla bağlı yerli mətbuata danışan Jevaqo artıq qrupdan çıxmağa ümid edir: "Komandama görə qürur duyuram, sevinirəm. Paltardəyişmə otağında hamı bir-birini təbrik edirdi. Bu turnirdə ilk qələbəni qazanmaq bizim üçün vacib idi. Bir-birimizə bundan sonra da qələbələr arzuladıq. Daha güclü komandalara qalib gəlmək istəyirik. Bu nəticədən sonra qrupdan çıxmağa ümid edirik. Xallar qazanmaq və daha yaxşı yer tutmaq üçün əlimizdən gələni edəcəyik".