"Yuventus" və "Fənərbaxça" Yusif En-Nesirinin transferi ilə bağlı danışıqların son mərhələsindədirlər. Klublar artıq şifahi razılığa gəliblər və hazırda son detallar müzakirə olunur.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, müqavilə məcburi alış bəndi olmadan, lakin almaq hüququ ilə icarə əsasında nəzərdə tutulub. Qalan detallar oyunçunun şəxsi müqaviləsinin şərtləri ilə bağlıdır.

Bu mövsüm mərakeşli futbolçu "Fənərbaxça"da bütün yarışlarda 25 oyun keçirib, 8 qol və 1 məhsuldar ötürmə edib.

En-Nesirinin Türkiyə klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında oyunçunun dəyəri 22 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest