"Kristal Pelas" hücumçusu Jan-Filip Mateta üçün "Milan"ın təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, İtaliya klubu 28 yaşlı futbolçunu stabil qol vura bilən hücumçu kimi görür.

Mateta 2022-ci ilin yanvar ayından "Kristal Pelas"da çıxış edir. Bu mövsüm fransız hücumçu bütün yarışlarda 33 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest