İngiltərənin "Bornmut" klubu Macarıstanın "Ferensvaroş" komandasından mərkəz yarımmüdafiəçisi Aleks Totu transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Macarıstanlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. "Bornmut" "Ferensvaroş"a 12 milyon avro və bonuslar ödəyib. Bu məbləğ Macarıstan çempionatı üçün rekorddur, çünki milli səviyyədə oynayan heç bir macar futbolçu bu məbləğə satılmayıb.

Qeyd edək ki, Tot "Ferensvaroş"un əsas komandasında 60 oyun keçirib, 4 qol vurub və 15 məhsuldar ötürmə edib.

20 yaşlı yarımmüdafiəçi Macarıstan milli komandasına müntəzəm olaraq dəvət alır. O, millidə 9 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest