Ramon Maçado Misli Premyer Liqasında 20-ci qolunu vurub.

Matc.az xəbər verir ki, "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasının XVII turunun "İmişli" ilə səfər qarşılaşmasında (2:2) fərqlənib.

35 yaşlı hücumçu 93-cü oyununda 20-yə çatıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən Maçado “Neftçi”də 5, “Qəbələ”də 8, “Araz-Naxçıvan”da 7 dəfə rəqib qapısına yol tapıb.

O, Premyer Liqa tarixinə 20 və daha çox qol vuran 11-ci braziliyalı kimi düşüb. Bu siyahıya isə Reynaldo Silva başçılıq edir – 44 qol. 

1. Reynaldo Silva – 44
2. Junivan Suares – 40
3. Junior Nildo – 37
4. Flavinyo – 31
5. Rafael Utziq – 26
6-8. Dodo – 23
Olavio Juninyo – 23
Kadi Borqes – 23
9. Mario Souza – 22
10. Felipe Santos – 21
11. Ramon Maçado - 20

Qeyd edək ki, Azərbaycan vətəndaşlığı olan braziliyalı Riçard Almeyda daha çox – 51 qola imza atıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest