"Mançester Yunayted"in müdafiəçisi Harri Amass "Norviç Siti"yə keçib

Matc.az xəbər verir ki, Amass Çempionşip klubunda mövsümünün sonuna qədər icarə əsasında oynayacaq.

18 yaşlı ingilis müdafiəçi yeni klubunda 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Mançester Yunayted" gənc müdafiəçisini icarəyə göndərdiyi "Şeffild Uensdey"dən geri çağırıb. Amass bu mövsüm Çempionşipdə 21 oyunda meydana çıxıb və 1 qol vurub.

Onun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest