"Oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı. Qalib gəldiyimizin fərqində deyildik. Tarixi qələbə oldu".

"Komanda "Qarabağ" üzərində qələbə qazanmaq üçün bütün gücünü meydanda qoydu". Matç.az saytının məlumatına görə, bu sözləri "Vorskla"nın kapitanı Vladimir çesnakov deyib.

Avropa Liqasında qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşan Ukrayna təmsilçisi Bakı Olimpiya Stadionundakı qarşılaşmada 1:0 hesablı qələbəyə sevinib.

Oyunsonrası yerli mətbuata danışan 30 yaşlı yarımmüdafiəçi çox güc sərf etdiklərini vurğulayıb: "Oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı. Qalib gəldiyimizin fərqində deyildik. Tarixi qələbə oldu. çünki Avropa Liqasında ilk qalibiyyətimiz idi. Poltavalı azarkeşlərin hamısını təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest