Lisenziyalaşdırma meneceri Səbinə Hənifəyeva ilə Təhlükəsizlik xidmətinin rəisi Nicat Məmmədovun mübahisəsinin davaya çevrilməsinə ətrafdakılar icazə verməyib.

Gəncənin “Kəpəz” futbol klubunun idarəetməsindəki qüsurlar hər yeni gün özünü göstərməkdədir.

Matc.az Korner.аz-a istinadən xəbər verir ki, klubun düşərgəsində yeni qalmaqal yaşanır. Bu dəfə “sarı-göylər”in rəsmiləri arasında ciddi mübahisə düşüb.

Lisenziyalaşdırma meneceri Səbinə Hənifəyeva ilə Təhlükəsizlik xidmətinin rəisi Nicat Məmmədovun mübahisəsinin davaya çevrilməsinə ətrafdakılar icazə verməyib.

Tərəflər bir-birilərinin ünvanına xoş olmayan ifadələr işlədiblər. Əldə edilən məlumata görə, bir-biri ilə yola getməyən iki kadr arasında mövsümün əvvəlindən münasibətlər gərgindir. Vəzifəsinin əsas istiqamətini klub rəhbərliyini qorumaqda görən Nicat Məmmədov iş yoldaşının oyunlar zamanı VİP tribunada əyləşməsini həzm edə bilmir. Onlar arasında sonuncu hay-küy isə Məmmədova aid sənədlə bağlı yaranıb.

Xatırladaq ki, həm Səbinə Hənifəyeva, həm də Nicat Məmmədov köhnə rəhbərlikdən qalma kadrlardır. Onların hər ikisi Cabir İbrahimov klubun icraçı direktoru olduğu zamandan orada çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest