"Göztepe"nin futbolçusu Cunior Olaytan Super Liqada klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, "Beşiktaş" beninli hücumameyilli yarımmüdafiəçinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 23 yaşlı oyunçu ilə 3,5 illik müqavilənin şərtlərini razılaşdırıb. "Beşiktaş" İzmir klubu ilə də razılıq əldə edib.

Qeyd edək ki, Cunior Olaytan bu mövsüm "Göztepe"nin heyətində keçirdiyi 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest