"Şahdağ Qusar" heyətini yeni yarımmüdafiəçi ilə gücləndirib.

Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Aqostinyo Çipesse ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anqolalı futbolçu ilə 5 ay+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aqostinyo Çipesse son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edib. O karyerası ərzində Portuqaliyanın “Jil Visente”, “Vilaverdense”, “Vilanovenses” klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest