06 Fevral 2026, 11:40
ÇEMPİONLAR LİQASI
"Qaarabağ"ın UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edilib.
Matc.az xəbər verir ki, mövsümün əvvəlində komandaya qoşulan Kris Kuaku heyətdən kənarlaşdırılıb. Onun əvəzinə Kadi Borges heyətə daxil edilib.
Azərbaycan çempionunun bir neçə gün əvvəl Kiprin AEK klubundan transfer etdiyi Ceremi Qnalinin adı isə siyahıya daxil edilməyib.
Qeyd edək ki, "Qarabağ" ÇL-in pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun fevralın 18-də Bakıda baş tutacaq. Cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park"da baş tutacaq.












