"Napoli" Skott Maktomineyni uzun illər komandada saxlamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

İtaliya çempionu şotlandiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edəcək. Neapol təmsilçisi Maktomineyin 2028-ci ilin yayında başa çatmalı olan sözləşməsini daha 2 il uzatmaq istəyir. 29 yaşlı futbolçu təklifi qəbul etsə, onun maaşı da artırılacaq.

Qeyd edək ki, Slott Maktominey 2024-cü ilin yayından "Napoli"də çıxış edir. Təcrübəli yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 33 oyunda 9 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest